Yeni və müasir avtomobillər istehsal olunduqca köhnə modellərə maraq azalır.
Lakin bəzi modellər var ki, sözün əsl mənasında klassikaya çevrilirlər. Hətta neçə il keçməsindən, müasir avtomobillər istehsal olunmasından asılı olmayaraq istifadə olunmağa davam edirlər. Onları sevən xüsusi bir təbəqənin olduğunu da deyə bilərik.
Əlbəttə ki, ölkəmizdə də belə şəxslər var. Yəni bəzi keçmiş illərdə istehsal olunan avtomobillərə maraq göstərən, onları yeniləri ilə əvəz etməyən sürücülər var. Bu da bir çox köhnə modelin hələ də satılmasına və gündəlik olaraq sürülməsinə səbəb olur.
Bəs yaşı yüksək olmasına rəğmən, ölkəmizdə hələ də ən çox alınan köhnə avtomobillər hansılardır?
Hit.az sözügedən modellərdən bəzilərinin adını təqdim edir:
1. "Qaz 3110"
2. "Mercedes 190"
3. "LADA 2107"
4. "Niva"
5. "Mercedes C180"
6. "BMW X5"
7. "Opel Vita"
8. "Kia Rio"
9. "Hyundai Elantra"
10. "Opel Astra".
Pərviz