"Dünyanın bir çox ölkələrində elektromobillərə böyük maraq var".
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bəzi ölkələrdə isə elektromobillər gözləntiləri doğrultmadı:
"Yəni elektrikli avtomobillər bir çox ölkədə uğur qazana bilmədi. Təbii ehtiyatlara malik olan ölkələrdə elektromobillər daha çox istifadə olunur. Çünki bu və digər formada hansısa xərcin tələb olması sürücülər üçün çox önəmli olmur. Yəni elektromobilin xərcləri yanacağından asılı olmayaraq insanları maraqlandırmır".
Ekspertin sözlərinə görə, təbii ehtiyatları olmayan ölkələrdə isə elektromobillərə maraq olmur:
"Həmin ölkələrdə elektromobillər sürətlə inkişaf edə bilmədi. Təbii ehtiyatları kasad olan ölkələrdə elektromobillər benzinlə işləyən avtomobillər qədər vüsət almadı.
Həmçinin, iqlim norması da özünü doğrulda bilmədi. Bundan başqa, soyuq iqlimə malik ölkələrdə də elektromobillər daha gücləndirilmiş batereya sistemi ilə təchiz olunmalıdır. Bu isə əlavə xərc deməkdir. Ona görə həmin ölkələrdə də elektromobillərə maraq cəlbedici olmur".
Pərviz