Hər bir kəs avtomobil sahibi olmaq istəyir.
Bir çox insan avtomobillər haqqında geniş biliyə sahibdir. Hansı ki, onlar avtomobil alarkən hər incə detala qədər fikir verirlər. Hətta həmin şəxslərin ətrafındakı insanlar da avtomobil alarkən onlarla məsləhətləşirlər. Bəzi şəxslərin isə avtomobildən çox anlayışları olmur. Belə şəxslər avtomobil alarkən nələrə diqqət etməli olduqlarını da bilmirlər.
Bəs avtomobil alarkən nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O bildirib ki, avtomobil alarkən birinci növbədə onun işçi həcminə və at gücünə baxmaq lazımdır:
"Daha sonra avtomobilin yanacaq sərfiyyatı ilə maraqlanmaq lazımdır. Son zamanlarda bu siyahıya avtomobilin komfort olması da daxil olub. Belə ki, artıq insanlar uzun yola çıxanda maşının onları yormamasını və incitməməsini istəyirlər.
Adətən mühərriki həcmi 1,8, 2.0, 2,4 və daha çox litr olan avtomobillərə üstünlük verirlər. Bu və digər formada nəqliyyat vasitələrinin alınması zamanı belə amillərə yüz faiz diqqət yetirmək lazımdır. Ümumiyyətlə, hər kəs özünə uyğun gördüyü avtomobili almalıdır. Bu isə birbaşa alıcıdan asılıdır".
Pərviz