Bir çox sürücü üçün avtomobil seçərkən etibarlılıq vacib meyardır. Xoşbəxtlikdən, yalnız bahalı premium modellər deyil, həm də ucuz avtomobillər etibarlıdır.
HİT.az xəbər verir ki, "SlashGear" ABŞ-da təkrar bazarda 8000 dollardan aşağı qiymətə alına bilən 10 ən etibarlı işlənmiş avtomobilin adını açıqlayıb.
Mütəxəssislərin fikrincə, bu modellər çox nadir hallarda uğursuz olur.
Siyahı "J.D.Power"in araşdırması əsasında tərtib edilib. Nəşr təkrar bazarda avtomobillərin orta qiymətini onların etibarlılıq reytinqləri ilə müqayisə edib.
8000 dollardan aşağı olan 10 ən etibarlı avtomobil:
1. Scion xD (2012 model ili)
2. Chevrolet Malibu (2012 model ili)
3. Chevrolet Volt (2011 model)
4. Buick Lucerne (2011 model ili)
5. Cadillac DTS (2011 model ili)
6. Toyota Corolla (2012 model ili)
7. Toyota Camry (2012 model ili)
8. Toyota Prius (2011 model ili)
9. Honda Fit/Jazz (2011 model ili)
10. Honda CR-V (2011 model ili)
"Honda CR-V" bu siyahıda yeganə krossoverdir. "J.D.Power" şirkətinin mütəxəssisləri 2011-ci il modelinin etibarlılığını 100 baldan 90 balla qiymətləndiriblər.
Siyahıda "Chevrolet Volt" elektrik avtomobili də yer alıb. Bu, kifayət qədər ucuz bir modeldir, lakin bir çox bahalı rəqiblərdən daha etibarlı olduğunu sübut etdi. Tam elektrik modifikasiyası ilə yanaşı, bu avtomobilin hibrid versiyası da mövcuddur.
Samir