Böyük Britaniyada satılan "Mercedes-Benz" modellərini qiymətləndirən avtomobil mütəxəssisləri, test sürüşləri və texniki baxışlardan sonra ən yaxşı modeli müəyyən ediblər.
HİT.az xəbər verir ki, qiymətləndirmə "C-Class" və "E-Class" sedan modelləri arasında ciddi rəqabətlə müşahidə olunub. Lakin nəticədə lider "Mercedes-Benz C-Class" seçilib.
"Bu model hər zamankindən daha çox səmərəliliyə fokuslanıb. Zərif aerodinamikası sayəsində yüksək yanacaq qənaəti təmin edir", deyə mütəxəssislər bildiriblər.
"C-Class" modelinin interyer dizaynı da yüksək qiymətləndirilib. Ekspertlərin sözlərinə görə, bu sedan "S-Class" üslubunda salon dizaynına malikdir: "Texnologiyaları effektiv işləyir, salonun material və quruluş baxımından keyfiyyəti premium səviyyəyə çox yaxındır".
Bununla belə, "C-Class" bəzi mənfi cəhətlərlə də müşayiət olunub:
– İstismar xərclərinin yüksəkliyi
– Nisbətən kiçik baqaj həcmi
İlk üçlük necə formalaşıb?
– Effektivlik, aerodinamika, yüksək texnologiyalar və interyer dizaynı ilə önə çıxır.
"Mercedes-Benz E-Class" mütəxəssislər tərəfindən uzun məsafəli səyahətlər üçün ən ideal model kimi təsvir olunub. Komfort baxımından yüksək qiymət alıb.
"Mercedes-Benz EQA" (elektrikli krossover) "qaneedici batareya ömrü" ilə müsbət dəyərləndirilib, lakin ilk iki model qədər ümumi üstünlük əldə etməyib.
Qeyd edək ki, qiymətləndirmə hazırda Britaniya bazarında satılan modellər əsasında aparılıb və texniki göstəricilər, istifadə rahatlığı, səmərəlilik və interyer keyfiyyəti nəzərə alınıb.
Samir