"Renault" "Nissan" ilə əməkdaşlığa son qoyur

AVTO
21:18 / 17.04.2025
105

"Renault"un sədri Jan-Dominik Senard 2025-ci ilin iyununda "Nissan"ın direktorlar şurasını tərk edəcək. Buna səbəb Yaponiya konserninin maliyyə göstəricilərinin pisləşməsi olub.

HİT.az bu barədə "USNews"a istinadən xəbər verir.

Məlumata görə, Senardın ardınca fransız brendinin digər nümayəndəsi Pyer Fleuriot da direktorlar şurasını tərk edəcək. Bu faktiki olaraq o deməkdir ki, "Renault" artıq öz yapon tərəfdaşının idarəçiliyində iştirak etməyəcək və bu, bir vaxtlar uğurlu alyansın dağılmasını daha da yaxınlaşdıra bilər.

Bundan əvvəl məlum olmuşdu ki, JAC avtomobil markası Çində böyük itkilərə məruz qalır. Belə ki, Çin tərəfinin 1,3 milyard yuan investisiyası ilə JAC və "Volkswagen"in birgə müəssisəsi bazarda uğursuzluğa düçar olan ID.Unyx modelini istehsal edir.

Bundan əlavə, dəbdəbəli sedan olan "Çin Maybach" - "Maextro S800"ün yaradılması layihəsi maliyyə zərbəsi ilə üzləşb. Platformanın yaradılması 5,9 milyard yuana, istehsal proseslərinin təşkili isə təxminən 4 milyard yuana başa gəlib. S800-ün təxminən 1 milyon yuan qiymətinə yay aylarına yaxın bazara çıxacağı gözlənilir. Lakin avtomobilin bazarda populyar olub-olmayacağı dəqiq deyil.

Qeyd olunur ki, JAC-ın 2024-cü il üçün zərəri 1,78 milyard yuan təşkil edib.

Samir

0