2025-ci ilin birinci rübündə daxili Çin bazarında 2,5 milyon krossover satılıb ki, bu da bir il əvvəllə müqayisədə 4,7% çoxdur. Təkcə bu ilin mart ayında 948 min krossover satılıb.
HİT.az xəbər verir ki, Carnewschina.com portalı bu barədə Çin Avtomobil Assosiasiyasına (CPCA) istinadən yazıb.
2025-ci ilin birinci rübündə Çində ən populyar krossoverlər "Tesla Model Y" (81,9 min ədəd satılıb), "Geely Xingyue L" (79,9 min ədəd) və "BYD Song Plus" (65,6 min ədəd) olub.
İlk 10-luğa "Changan CS75 Plus" (53,6 min ədəd), "BYD Song Pro DM"i (51,5 min ədəd), "Toyota Frontlander" (46,7 min ədəd), "Chery Tiggo 8" (45,6 min ədəd), "Li Auto Li L6" (44,3 min ədəd), "Toyota RAV4" (43,5 min ədəd) və "Toyota RAV4" (43,5 min ədəd) daxildir.
Samir