Ekspertlər bu lüks avtomobilləri almağı məsləhət görmür - SİYAHI

AVTO
12:49 / 23.04.2025
58

İstifadədə olan lüks yolsuzluq avtomobilləri alarkən, onların keçmişi və texniki vəziyyəti barədə məlumatlı olmaq çox vacibdir. 

HİT.az "SlashGear" portalına istinadən ki, bəzi premium markalar belə ciddi istehsal qüsurları, təhlükəsizlik problemləri və baha təmir xərcləri ilə qarşılaşa bilər. Mütəxəssislər üç modelin adını çəkərək, bu avtomobillərdən uzaq durmağı tövsiyə edirlər.

Audi Q7

Bu model özünün turbodolduruculu V6 mühərriki və sadə interyer dizaynı ilə diqqət çəksə də, istifadədə olan avtomobillər arasında etibarlılıq baxımından ən sonuncu yerlərdə qərarlaşıb. "What Car?" nəşrinin məlumatına əsasən, Audi Q7-nin əsas problemləri elektrik sistemindəki nasazlıqlardır. Mühərriklə bağlı da bir sıra şikayətlər mövcuddur. Avtomobilin təmiri isə çox baha başa gəlir və bu, onu istifadə olunmuş lüks yolsuzluq avtomobilləri arasında ən problemli modellərdən birinə çevirir. Bəzi sahiblər avtomobillərinin təmirdən çıxmasını bir həftədən çox gözləməli olublar.

Land Rover Discovery

Mütəxəssislər bu modeli də problemli hesab edirlər. "Consumer Reports" Land Rover brendini "çox tez-tez və baha başa gələn nasazlıqlarla tanınan" avtomobillər istehsal etdiyi üçün tənqid edir. Discovery modeli 2024-cü ildə "What Car?"-ın etibarlılıq baxımından 12 yeddi nəfərlik SUV arasında yalnız doqquzuncu yerdə qərarlaşıb. Discovery-nin yolsuzluq qabiliyyəti yüksək qiymətləndirilsə də, xüsusən “Sport” versiyasında elektrik nasazlıqları, məlumat-əyləncə sistemində problemlər və xəbərdarlıq işıqlarında nasazlıqlar qeyd olunur. 2017-ci ildən sonrakı modellərdə mühərrik və emissiya sistemləri ilə bağlı təkrarlanan problemlər də müşahidə olunub.

Tesla Model Y

Qiyməti təxminən 50 min dollar olan bu model də istifadəçilərə bir sıra problemlər yaşadıb. Tesla Model Y əsasən montaj keyfiyyəti ilə bağlı şikayətlərə səbəb olur. "What Car?" bu avtomobildə sensorların və məlumat-əyləncə sistemlərinin nasazlıq yaratdığını bildirir. Avtomobilin 33 geri çağırılmasının bir neçəsi təhlükəsizliklə bağlı komponentlərə – təhlükəsizlik kəmərləri, sükan və əyləc sisteminə aiddir. Digərləri proqram təminatı ilə bağlı problemləri əhatə edir.

Sahiblər həmçinin avtomobil salonunda səslənən cırıltılar, düzgün quraşdırılmamış kuzov detallarından və zəif müştəri xidmətindən narazı qalıblar. Bəzi hallarda avtomobilin qəfil dayanması kimi təhlükəli hallar da baş verib.

Samir


 

0