Ölkəmizdə "BYD"-yə maraq nə üçün artıb? - RƏY

AVTO
09:33 / 02.05.2025
105

Son zamanların ən populyar avtomobil markalarından biri də "BYD"-dir. 

Çin şirkəti bir anda dünyanın ən çox satın alınan avtomobil brendlərindən birinə çevrilməyi bacarıb. Dünyada olduğu kimi Azərbaycanda da sözügedən markaya böyük maraq var. 

2025-ci ildən etibarən adıçəkilən markanın avtomobillərinə Bakıda tez-tez rast gəlirik. Hazırda ölkəmizdə ən çox satılan avtomobillərdən birinin "BYD" olduğu açıq şəkildə özünü göstərir. 

Bəs "BYD" avtomobillərinə maraq nə üçün bu qədər böyükdür? 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O, "BYD"-nin keyfiyyətli avtomobillər istehsal etdiyini deyib:

372546

"Ümumiyyətlə, "BYD" istər ölkəmizdə, istərsə də dünyada keyfiyyətli Çin texnologiyası kimi qəbul olunub. Həmçinin, "BYD" artıq etibarlı avtomobil brendi kimi özünü sübut etməyi bacarıb. Burada düzgün marketinq strategiyası, doğru və innovativ həmlələr mühüm rol oynayır. Hətta bəzən "BYD"-ni "Totoya" ilə belə müqayisə edirlər".

Ekspert qeyd edib ki, "BYD" avtomobillərinin təqdimatı və görülən uğurlar işlər bu brendə olan marağı kifayət qədər artırıb:

"Artıq ölkəmizdə də bu modelə maraq və tələbat olduqca böyükdür. Adıçəkilən brend qısa zamanda Azərbaycanda da geniş müştəri kontingenti qazanıb. Buna ilk səbəb avtomobilin tamamilə elektrikli olmasıdır. 

Çünki "BYD" avtomobilləri benzinlə işləyən maşınlardan fərqli olaraq daha az xərc tələb edir. Üstəlik, avtomobilin batareyalarının şarj olma və onu saxlama müddəti də çox əlverişlidir. Həmçinin, bu markanın avtomobillərinin rahat və komfortlu olması da ona olan marağın artmasına səbəb olur".

Pərviz

0