"Mercedes-Benz Group AG" şirkəti özünün GLC krossoverinin istehsalının ABŞ-a köçürüldüyünü elan edib.
HİT.az "Bloomberg"ə istinadən ki, bu qərar ABŞ prezidenti Donald Trampın idxal olunan modellərin qiymətini xeyli artıran digər ölkələrə tətbiq etdiyi tariflərlə izah olunur.
Qeyd olunur ki, "Mercedes-Benz GLC-nin Alabamadakı zavodda istehsalına 2027-ci ilin sonunda başlanılması planlaşdırılır.
"Mercedes"in Şimali Amerika bölməsinin rəhbəri Ceyson Hoff mətbuat brifinqində deyib: "Bu modellə əldə etmək istədiyimiz həcmi görsəniz, onu ABŞ-a gətirməyin mənasını görərsiniz".
Agentlik vurğulayır ki, alman avtomobil istehsalçıları Trampın ticarət müharibəsindən ağır zərbə alıb. Bununla belə, premium krossoverlərə və yolsuzluq avtomobillərinə yüksək tələbat, eləcə də amerikalı istehlakçıların elektromobillərə ləng keçidi ABŞ bazarını alman şirkətləri üçün sərfəli edir.
Agentlik əlavə edib ki, Mercedes-Benz GLC" brendin ABŞ-da ən populyar modelidir. 2024-cü ildə ölkədə 64 163 belə avtomobil satılıb ki, bu da 2023-cü illə müqayisədə 58% çoxdur.
Samir