"Tesla"nın rəhbəri İlon Mask Donald Trumpın prezident andiçmə mərasimində faşist salamına bənzər hərəkət etdiyinə görə böyük reaksiya almışdı. II Dünya müharibəsi veteranı 98 yaşlı Ken Turner isə faşizm haqqında nə düşündüyünü açıq şəkildə göstərən bir video yayımlayaraq İlon Maska meydan oxuyub.
HİT.az xəbər verir ki, Turner İngilis Ordusunda xidmət etmiş əsgər olub və videoda bir "Sherman" tankı ilə "Tesla"nın üstündən keçir.
ABŞ istehsalı tankın içində oturarkən Turner deyir: "Mən faşizmi ilk dəfə yaşadığım dövrü xatırlayacaq qədər yaşlıyam, indi yenidən qayıdır. İlon Mask dünyanın ən varlı adamıdır və bu qədər böyük gücünü Avropadakı ifrat sağa dəstək vermək üçün istifadə edir. Və bu pulu "Tesla" avtomobillərindən qazanır. Maska bir mesajım var: Biz əvvəl də faşizmi məğlub etdik, yenə də edəcəyik".
Əzilən "Tesla Model 3"ün nömrə nişanında "faşizm" yazır və maşın tankın altında tamamilə əzilir. Bunu izləmək olduqca qaneedici hiss verir...
Digər tərəfdən, II Dünya müharibəsindən bəri dünyadakı balans çox dəyişib və bu gün "faşizmə qarşı durmaqla" öyünən qlobal qüvvələr dünyadakı müharibələri dəstəkləməklə və müharibə iqtisadiyyatı sayəsində güc qazanmaqda ittiham olunur. Bu idarəçilik qruplarının dünyanın təbii ehtiyatlarını "oğurlamaq" üçün "özünə aid olmayan" neft və mədən yataqlarındakı qarşıdurmalara qatarlarla silah göndərdiyi dəfələrlə görülüb. "Faşist" adlandırılan siyasi qanad isə müharibələrin dayandırılaraq dünyanın ticarətlə inkişafını müdafiə edir. Nəticədə, sosial mediada hər video çəkənin haqlı olduğunu demək olmaz.
Maraqlıdır ki, videoya baxanların bəziləri bunun "Tesla" üçün müsbət reklam olduğunu düşünür. "Teslarati" adlı bir blogda deyilir ki, bu video əslində "Tesla"nın davamlılığını nümayiş etdirir.
Blogda yazılır: "Tesla Model 3"ün "Sherman" tankı ilə qarşılaşmasından sonra yaranan dağıntıda yalnız şüşə tavan və pəncərələrin əzildiyi görülür. Həqiqətən də, bu videodan sonra möhkəm maşın axtaranlar "Tesla" almağı da düşünə bilərlər".
Samir