Rahat və praktik: Ekspertlər 2025-ci ilin ən yaxşı 10 krossoverini açıqladı

AVTO
19:59 / 20.05.2025
40

Avtomobil mütəxəssisləri tərəfindən tərtib edilən reytinqə əsasən, Mercedes markasına məxsus üç model bu siyahıya daxil olub.

Hazırda əksər avtomobil istehsalçıları öz krossover modellərini təklif edirlər. Bu isə sürücülər üçün ən optimal modeli seçməyi çətinləşdirir. 

HİT.az xəbər verir ki, "CarBuzz" nəşri 2025-ci ildə satışda olacaq və yeni almağa dəyər olan ən yaxşı 10 krossover modelini müəyyənləşdirib. 

Ekspertlərin fikrincə, bu modellər rəqiblərini bir çox göstəricilər üzrə geridə qoyur.

2025-ci ilin ən yaxşı 10 krossoveri:

1. "Toyota Grand Highlander"
2. "BMW iX"
3. "Toyota RAV4"
4. "Mercedes-AMG GLA 35"
5. "Mercedes-Benz GLB-Class"
6. "Mercedes-AMG GLB 35"
7. "Buick Envista"
8. "Subaru Forester"
9. "Honda CR-V"
10. "Hyundai Tucson"

Mütəxəssislər xüsusilə "Toyota Grand Highlander" modelini fərqləndiriblər. Onların fikrincə, bu model 2025-ci ildə alına biləcək ən yaxşı krossoverdir. "Highlander"in daha iri versiyası olan bu avtomobil daha geniş interyer təqdim edir və bir neçə komplektasiyada, o cümlədən hibrid mühərrikli versiyada təklif olunur. Avtomobil 7 və ya 8 nəfərlik oturacaq variantları ilə satışa çıxarılacaq.

Samir
 

0