Dünyanın ən populyar avtomobili açıqlandı - SİYAHI

AVTO
14:08 / 02.06.2025
114

2025-ci ilin ən çox satılan avtomobilləri sırasında liderlik "Toyota" markasına məxsus modellərə keçib. 

HUT.az xəbər verir ki, bu barədə analitik "Focus2Move" portalı məlumat yayıb.

Aprel ayının yekunlarına əsasən, dünyanın ən populyar modeli "Toyota RAV4" olub. Bu avtomobil satışlarını 0,5% artıraraq birinci yerə yüksəlib. İkinci yerdə "Toyota Corolla", üçüncü yerdə isə "Ford F-Series" qərarlaşıb.

"Toyota RAV4" yığcam tam ötürücülü SUV sinfində avtomobildir və ilk dəfə 1994-cü ildə Yaponiyada istehsal olunmağa başlayıb. Əvvəlki nəsillər daha çox aktiv həyat tərzi keçirən qadın sürücülər üçün təqdim olunurdu. 2025-ci ilin may ayında isə bu modelin altıncı nəsli ictimaiyyətə təqdim olunub.

Dünyada ən çox satılan 10 avtomobil (2025, aprel ayına qədər):

1. Toyota RAV4 (+0,5%)
2. Toyota Corolla (−13,6%)
3. Ford F-Series (+17,4%)
4. Tesla Model Y (−29,1%)
5. Honda CR-V (+0,8%)
6. Chevrolet Silverado (−5,1%)
7. Hyundai Tucson (−0,5%)
8. Toyota Camry (+4,1%)
9. Toyota Hilux (+0,2%)
10. Kia Sportage (+0,3%)

Avtomobil bazarı - mütəxəssislər nə deyir?

Yaxın vaxtlarda mütəxəssislər ən yaxşı ikinci əl şəhər avtomobillərinin siyahısını açıqlayıblar. Bu siyahıya "Skoda Citigo", "Hyundai i10", "Volkswagen Up", "Seat Mii", "Kia Picanto", "Suzuki Celerio", "Ford Ka+", "Toyota Aygo", "Fiat 500" və "Peugeot 108" daxil olub. Onların içərisində ən yaxşı model kimi "Skoda Citigo" göstərilir – bu avtomobil idarəetmə rahatlığı və hərəkət dinamikası ilə fərqlənir.

Bundan başqa, uyğun qiymətli ikinci əl universal modellər üzrə də reytinq açıqlanıb. Siyahıya "Skoda Octavia Combi", "Volkswagen Golf Variant" və "Seat Leon ST" kimi modellər daxil edilib.

Samir
 

0