10 ən ucuz idman avtomobili - SİYAHI

AVTO
23:14 / 12.06.2025
77

Ən ucuz işlənmiş idman avtomobilləri siyahısına 2008-ci il "Dodge Caliber SRT-4" başçılıq edir. 

HİT.az xəbər verir ki, bu barədə ekspertləri avtomobil satışı ilə bağlı məlumatları təhlil edən "HotCars" portalı məlumat yayıb.

"Dodge Caliber SRT-4"ün kapotu altında 285 at gücü hasil edən 2,4 litrlik turbo mühərrik yerləşdirilib. Transmissiya altı pilləli mexaniki sürət qutusudur (MT). 

İkinci yeri 2004-cü ildə buraxılmış "Dodge Neon SRT"4 tutub. Bu avtomobil MT ilə birlikdə 230 at gücü hasil edən 2,4 litrlik mühərriklə təchiz edilib.

Üçüncü yerdə 2010-cu ilin "Mazda Mazdaspeed 3" modelidir. Bu hetçbekin elektrik stansiyası 263 at gücünə malik 2,3 litrlik turbo mühərrikdir. Avtomobil altı pilləli mexaniki sürət qutusu ilə təchiz edilib.

Növbəti yerlərdə 2003 "Ford Focus SVT", 2014 "Ford Focus ST", 2014 "Ford Fiesta ST", 2015 "Volkswagen Golf GTi", 2016 "Lincoln MKS Ecoboost", 2018 "Honda Civic Si" və 2010 "W SubarXi Impreza" qərarlaşıb.

Samir
 

0