Hibrid mühərrikli krossoverlər arasında seçim etmək çətin ola bilər — bazarda müxtəlif modellər geniş çeşiddə təqdim olunur. Bununla belə, onlar həm praktiklik baxımından yüksək göstəricilər, həm də aşağı yanacaq sərfiyyatı ilə seçilirlər.
HİT.az xəbər verir ki, "What Car?" nəşri 2025-ci il üçün alınmağa dəyər olan ən yaxşı 10 hibrid krossover modelini açıqlayıb.
Ekspertlərin fikrincə, bu siyahıya daxil edilən avtomobillər rəqiblərindən üstün xüsusiyyətlərə malikdir.
Siyahının lideri - "Mercedes-Benz GLC 300e 4Matic" - 2025-ci ilin ən yaxşı hibrid krossoveri elan olunub. Mütəxəssislərin sözlərinə görə, bu model sahiblərinə yüksək səviyyəli avadanlıq və geniş salon təqdim edir. Bundan əlavə, avtomobil yalnız elektrik gücü ilə uzun məsafə qət etmə potensialına da malikdir.
2025-ci ilin ən yaxşı 10 hibrid krossoveri:
1. Mercedes-Benz GLC 300e 4Matic
2. Kia Sportage 1.6 T-GDi Hybrid
3. Hyundai Santa Fe 1.6 T-GDi Hybrid
4. Range Rover Sport P460e
5. Range Rover Evoque P300e
6. Lexus NX 450h+
7. Hyundai Tucson 1.6 TGDi Hybrid 230
8. Ford Kuga 2.5 FHEV
9. Lexus RX 450h+
10. Honda CR-V e:HEV
Samir