Dünyanın ən məşhur avtomobil markası açıqlandı - SİYAHI

AVTO
18:18 / 02.07.2025
80

May ayı üzrə ən çox satılan avtomobil markalarının reytinqinə 10,8% bazar payı ilə "Toyota" başçılıq edir. 

HİT.az xəbər verir ki, bu barədə "Focus2Move" mütəxəssisləri məlumat yayıb.

"Toyota"nın illik artımı 3,6% təşkil edir. Qlobal bazarın 5,6%-ni tutan "Volkswagen" populyarlıq baxımından ikinci yerdədir. Üçüncü yeri 4,5% payla "Ford" tutur, "BMW" isə ilk onluğu bağlayır.

Mütəxəssislər "Geely"nin 73,7% olan təsirli artımına diqqət çəkirlər. Ümumiyyətlə, Çin brendləri çox yaxşı dinamika nümayiş etdirirlər.

Ən məşhur avtomobil markaları:

1. Toyota (+3,6%);
2. Volkswagen (+2,7%);
3. Ford (+0,2%);
4. Hyundai (+1,3%);
5. Honda (-4,5%);
6. Nissan (-4,6%);
7. Kia (+5,4%);
8. BYD (+13,7%);
9. Chevrolet (-2,5%);
10. BMW (-2,5%).

Samir

0