2025-ci ildə satışda çox sayda yeni avtomobil tapa bilərsiniz. Buna görə də hansı modeli almağa dəyər olduğunu müəyyən etmək çətindir.
HİT.az xəbər verir ki, "Auto Express" jurnalının ekspertləri 2025-ci ilin ən yaxşı avtomobilini açıqlayıblar. Favoriti müəyyən etmək üçün onlar yüzlərlə müxtəlif modeli sınaqdan keçiriblər.
Ekspertlərin sözlərinə görə, 2025-ci ilin ən yaxşı avtomobilini müəyyən etmək o qədər də asan olmayıb. Lakin onlar seçim edə biliblər.
Ekspertlər "Skoda Elroq" elektrokrossoverini 2025-ci ilin ən yaxşı modeli elan ediblər. Onların sözlərinə görə, bu demək olar ki, mükəmməl avtomobildir.
Ekspertlər bildirib ki, "Skoda Elroq" çex brendinin ən yaxşı keyfiyyətlərini nümayiş etdirir. Bu kifayət qədər ucuz və praktik modeldir ki, bir çox vəzifələrin öhdəsindən gələ bilir.
"Nəticədə biz elə bir avtomobil seçdik ki, nə qədər cəhd etsək də, onun heç bir aşkar nöqsanını tapa bilmədik və bu ona lider mövqe qazandırdı", deyə ekspertlər bildirib.
Bundan əlavə, müxtəlif seqmentlərdə ən yaxşı avtomobillər müəyyən edilib. Xüsusilə, ən yaxşı şəhər modeli "Kia Picanto" hetçbek seçilib.
Digər seqmentlərdə ən yaxşı avtomobillər:
İlin ailə avtomobili - Skoda Octavia
İlin əlverişli elektromobili - Renault 5 EV
İlin universalı - Skoda Superb Combi
İlin premium elektromobili - BMW iX
İlin əlverişli hibrid avtomobili - MG3
İlin premium hibrid avtomobili - BMW 530e
İlin pikapı - Ford Ranger
İlin kompakt krossoveri - Renault 4
İlin orta ölçülü furgonu - Ford Transit Custom
İlin böyük krossoveri - Skoda Kodiaq
İlin böyük furgonu - Renault Master
Samir