Ən etibarlı avtomobillərin istehsalçılarından bəhs edildikdə, çox sayda sürücünün ağlına Yapon markaları gəlir. Müxtəlif tədqiqatlar bəzi Yapon modellərinin ciddi nasazlıqlar olmadan uzun illər xidmət edə biləcəyini təsdiqləyir.
HİT.az "Consumer Reports" təşkilatı 2025-ci ildə ən etibarlı avtomobillər istehsal edən markaları müəyyən edib. Maraqlısı odur ki, lider nə "Toyota", nə də "Honda" olub.
Qeyd edilir ki, reytinq müxtəlif avtomobil sahiblərinin rəyləri və 300 000-dən çox təmir hesabatı əsasında tərtib edilib.
100 ballıq şkalada "Subaru" markası avtomobillərinin etibarlılığı üzrə 68 bal toplayıb. Bu şirkət reytinqdə "Lexus" və "Toyota"nı ötərək birinci yeri tutub.
Reytinqin dördüncü yerində "Honda" markası qərarlaşıb. Sonuncu yer isə yalnız elektrik modelləri istehsal edən "Rivian" şirkətinə məxsus olub.
Əvvəllər ekspertlər yüzlərlə avtomobili sınaqdan keçirərək 2025-ci ilin ən yaxşı modelini müəyyən etmişdilər. Lider "Skoda"nın kompakt elektrik krossoveri olmuşdu. Ekspertlərin sözlərinə görə, bu model markanın bütün ən yaxşı keyfiyyətlərini özündə birləşdirir.
Bundan əlavə, ən etibarlı avtomobillər istehsal edən 5 ABŞ markasının adı çəkilib. Ekspertlərin bildirdiyinə görə, bu avtomobillərdə nadir hallarda nasazlıqlar baş verir.
Samir