İkinci əl avtomobil bazarında uzun illər ciddi nasazlıqlar olmadan xidmət göstərə bilən çox etibarlı modellər tapmaq mümkündür. Üstəlik, bu avtomobillər kifayət qədər büdcəyə uyğun ola bilər.
HİT.az xəbər verir ki, bu barədə "Express" nəşri yazır.
Şinlər üzrə menecer və avtomobil eksperti Nyo Loqan jurnalistlərlə söhbətində bir çox məsafələri rahatlıqla qət edə biləcək və münasib qiymətə əldə oluna bilən çox etibarlı istifadə olunmuş avtomobil haqqında danışıb.
"Blackcircles" şirkətinin Böyük Britaniyada keçirdiyi araşdırmaya əsasən, ikinci əl avtomobillər arasında etibarlılıq baxımından lider "Suzuki Ignis" adlı kompakt krossover olub. Ekspertin sözlərinə görə, bu modeli sərfəli qiymətə almaq mümkündür.
"Bu kiçik avtomobil həm şəhər, həm də şəhərkənarı səfərlər üçün əlverişlidir, üstəlik tam ötürücülü versiyası da mövcuddur", deyə Loqan qeyd edib.
Araşdırmada ikinci və üçüncü yerləri müvafiq olaraq "Lexus UX" və "Porsche Macan" modelləri tutub.
Samir