"Niva"nın yeni modelləri nə üçün uğur qazana bilmir?

AVTO
12:52 / 17.07.2025
67

Rusiyanın ən populyar avtomobil modellərindən biri məhz "Niva"dır.

"Lada" firmasına məxsus model illərdir ki, sevilməyə davam edir. Onun iki qapılı "4x4" modeli daha çox populyarlıq qazanıb. Hələ də, sözügedən avtomobilə çox yerdə rast gəlmək mümkündür. 

Lakin illər keçdikcə "Niva"ya olan tələbat azaldı. Bunun da bir nömrəli səbəbi şirkətin yürütdüyü yanlış istehsal strategiyası oldu. Belə ki, "Lada"nın yeni "Niva" modelləri əvvəlkilərdən xeyli dərəcədə fərqlənir. Kənardan baxanda onun "Niva" olduğu belə bilinmir. 

Bu isə həmin markanın yeni modellərinin rəğbət görməməsi ilə nəticələndi. Maraqlıdır ki, bir çox yeni versiyası olsa da, hələ də "Niva"nın klassikləşən köhnə modellərinə üstünlük verilir. Görünür, "Niva"nın yeni modelləri özünü doğrulda bilmədi... 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bu barədə Hit.az-a açıqlama verib. O, yeni "Niva" modellərinin gözləntiləri doğrultmamasının səbəblərindən danışıb:

378005

"Düşünürəm ki, burada birinci səbəb "Niva"nın ənənəvi rus və Sovet görünüşündən uzaqlaşmasıdır. Düzdür, son model "Niva"lar daha komfortlu, çevik və universal tipdədir. Lakin onu istifadə edən şəxsi bu keyfiyyətlər qane etmir. Onlar üçün əsas meyarlar "Niva"ya xas xüsusiyyətlərdir".

Ekspert qeyd edib ki, "Niva" həvəskarları köhnə dizaynın pozulmamasını istəyirlər:

"Onlar, klassikləşmiş dizaynı axtarırlar. Hətta 2 qapı və 4 qapı məsələsi də seçimlərdə ciddi rol oynayır. Alıcılar bu maşının ənənəvi 2 qapılı dizaynda olmasını istəyirlər. 

Lakin şirkət "Niva"nı ənənəvilikdən çıxarıb, digər cip modellərinə bənzədir. Bu isə alıcıları razı salmır. Ona görə də "Niva"nın yeni modelləri Rusiyada və ya digər ölkələrdə uğur qazana bilmədi".

Pərviz

0