Yaponiyanın avtomobil istehsalçısı "Nissan" 2026-2027-ci illərdə Meksikadakı iki zavodunu bağlamağı planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə "Automotive News" məlumatlı mənbələrə istinadən yazıb.
Nəşr qeyd edir ki, “Nissan Motor Co." "Mercedes-Benz" ilə birgə istehsal müəssisəsi də daxil olmaqla, iki montaj zavodunda istehsalı bağlamaqla Meksikadakı sənaye mövcudluğunu azaltmağı planlaşdırır.
Meksikanın Jiutepek şəhərindəki "Civac" zavodunun yapon şirkətinin növbəti maliyyə ili bitdiyi 2027-ci ilin martından gec olmayaraq bağlanması planlaşdırılır. Bu zavod "Nissan"ın Yaponiyadan kənarda açdığı ilk zavoddur. Həmçinin Aquascalientesdə "Nissan"ın premium brendi "Infiniti" və alman "Mercedes-Benz" avtomobillərini istehsal edən birgə müəssisənin bağlanması planlaşdırılır.
"Nissan"ın orada iki Infiniti krossoverinin istehsalını 2025-ci ilin sonunadək, "Mercedes-Benz"in isə GLB krossover modelinin istehsalını 2026-cı ilin birinci rübündə bitirəcəyi gözlənilir.
Samir