2025-ci ildə almağa dəyər 10 ən yaxşı krossover - SİYAHI

AVTO
21:57 / 30.07.2025
68

Krossoverlər dünyada ən populyar minik avtomobili kateqoriyalarından biri olaraq qalır. Bu səbəbdən sürücülər üçün düzgün model seçmək çətinləşə bilər. 

HİT.az xəbər verir ki, "Auto Express" nəşrinin ekspertləri bu məsələdə kömək etmək üçün 2025-ci ildə almağa dəyər ən yaxşı 10 krossoveri müəyyənləşdirib.

"Skoda Elroq" modeli siyahının lideri seçilib. 2024-cü ildən istehsal edilən bu tam elektrikli krossover, rahatlığı və geniş interyeri ilə seçilir. Ekspertlərin sözlərinə görə, bu model "Skoda" brendinə xas eksklüziv funksiyalarla təchiz olunub və öz sinfindəki digər avtomobilləri geridə qoyur.

Qiymət baxımından, "Skoda Elroq" bəzi kompakt hetçbeklərlə müqayisə oluna bilər. Elektrik avtomobil axtaranlar üçün əlverişli və praktik seçim hesab edilir.

2025-ci ilin ən yaxşı krossoverləri - ilk onluq:

1. Skoda Elroq
2. Hyundai Tucson
3. Dacia Duster
4. Skoda Kodiaq
5. Hyundai Kona
6. Kia EV9
7. Nissan Qashqai
8. Kia Sportage
9. BMW X3
10. Ford Explorer EV

Samir

0