"Jeep" şirkəti kompakt krossoveri "Renegade"nin istehsalını dayandırmaq qərarına gəlib.
HİT.az xəbər verir ki, bu barədə alman nəşri olan "Auto Motor und Sport" məlumat yayıb.
Brendin nümayəndələri jurnalistlərə bildirib: "Bazar dinamikasındakı dəyişikliklərə, müştəri üstünlüklərinə və tənzimləyici tələblərə uyğunlaşmaq üçün "Jeep" brendi Avropada mövcud "Renegade" model sırasının istehsalını tədricən dayandırmaq qərarı verib".
Bu modelin son avtomobilləri 2025-ci ilin sonuna qədər İtaliyanın Melfi şəhərciyindəki zavoddan konveyerdən enəcək. Xatırladaq ki, krossoverin istehsalı 2023-cü ildən ABŞ-da da dayandırılıb, ona görə də o, artıq Şimali Amerika bazarını tərk edib.
Populyar krossoverin istehsal dövrünün başa çatması "Stellantis" konserninin inkişaf strategiyası ilə bağlıdır. Məsələ burasındadır ki, "Renegade" köhnəlmiş "Small Wide" platforması əsasında hazırlanıb və bu platforma artıq modernləşdirilmir. Bundan əvvəl eyni platformada hazırlanmış "Fiat 500X" krossoverinin istehsalı da dayandırılmışdı.
"Renegade" satışa çıxarılana kimi brendin həqiqi hitinə çevrilib. "Jeep" dünya üzrə iki milyondan çox (onlardan 500 mindən çoxu Avropada) nüsxə satmağı bacarıb.
"Renegade"nin bütün istehsal dövrü ərzində xüsusiyyəti çoxmüxtəlif versiyalarının olması idi. O, tam və ya ön ötürücülü, müxtəlif benzin və dizel mühərrikləri ilə, sonradan isə hibrid və plug-in hibrid variantlarında təklif olunurdu.
Samir