"BMW" həqiqətən Bakı maşını deyil?

AVTO
12:54 / 19.08.2025
51

Bəzən dünyaca məşhur avtomobil brendi "BMW" ilə bağlı bir fikir diqqət çəkir. 

O da sözügedən markanın ölkəmiz üçün uyğun olmaması fikridir. Belə ki, bəzi sürücülər "BMW"nin Azərbaycan, xüsusilə də paytaxt Bakı üçün uyğun olmadığını iddia edirlər. Hətta "BMW" Bakı maşını deyil kimi bir düşüncə də formalaşıb. 

Bəs bu, nə dərəcədə doğrudur? 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O bildirib ki, hər hansı nəqliyyat vasitəsinin qara piarını aparmaq, onun haqqında mənfi rəydə olmaq yaxşı bir şey deyil:

"Yəni hər hansı bir firmaya qarşı belə düşüncələri normal qarşılamıram. Çünki "filan nəqliyyat vasitəsi pisdir, digəri yaxşıdır" demək doğru yanaşma deyil. Avtomobili əsassız tənqid etməkdənsə, onun çox xərc tələb edib-etmədiyindən danışmaq olar. 

Ümumiyyətlə, Azərbaycan ərazisində müxtəlif növ nəqliyyat vasitəsini sürmək olar. Xüsusilə paytaxt küçələrində istənilən marka avtomobili rahat şəkildə idarə etmək mümkündür. İnsanlar sadəcə olaraq yollarda daha az xərc tələb edən avtomobillərə yönəlirlər".

380046

Ekspert qeyd edib ki, sadəcə hansısa modelin yanacağının baha olması sürücülərə problem yarada bilər:

"Ümumiyyətlə, avtomobildə əlavə xərcin tələb olunması həmişə müştərilərdə haqlı narazılıq yaradır. Buna görə də avtomobil istehsalçıları bunu nəzərə almalıdırlar. Onsuz da son modellərdə bunun nəzərə alındığını görürük. 

Bundan başqa, nəqliyyat vasitəsi nə qədər çox istismarda təmir olunarsa, o qədər də müştəri tərəfindən narazılıqla qarşılanır. Bu da onlar üçün bezdirici ola bilər. Ona görə də istehsatçılar belə halları mütləq müştəri məmnunluğunu nəzərə almalıdırlar".

Pərviz

0