Avropanın ən populyar avtomobili müəyyənləşdi - TOP-10

AVTO
22:34 / 05.09.2025
42

2025-ci ilin əvvəlindən iyul ayına qədər olan dövr üçün yekun məlumatlara əsasən, "Renault Clio" avtomobili bir pillə yüksələrək satışların 8,5% artdığını nümayiş etdirərək Avropa bazarının yeni lideri olub. 

HİT.az xəbər verir ki, bu barədə “Focus2Move” məlumat yayıb.

Mütəxəssislər bu avtomobilin üstünlüklərinə dəfələrlə diqqət çəkiblər. Onların arasında dəbli dizayn, sərfəli qiymət, qənaətcillik, eləcə də rahat asma və xoş idarəetməni qeyd ediblər.

Digər bazar liderlərinə gəlincə, "Dacia Sandero" bir pillə geriləyərək ikinci yeri tutdu. Onu "Volkswagen T-Roc" izləyir və ilk onluğu "Peugeot 2008" tamamlayır.

Avropanın ən populyar TOP-10 avtomobili:

1. Renault Clio (+8,5).
2. Dacia Sandero (-9,7%).
3. Volkswagen T-Roc (+4,2%).
4. Volkswagen Golf (-14,2%).
5. Dacia Duster (+2,9%).
6. Volkswagen Tiguan (+3,6%).
7. Opel Corsa (+6,9%).
8. Lada Granta (-6,4%).
9. Citroen C3 (-15,8%).
10. Peugeot 2008 (+7,7%).

Samir

0