Avtomobil seçimi asan iş deyil, çünki satışda çox sayda müxtəlif model tapa bilərsiniz. Onların hamısının öz üstünlük və çatışmazlıqları var.
HİT.az xəbər verir ki, AutoInsurance.org saytının avtomobil eksperti Melani Mussonun "GoBankingRates"a verdiyi məlumata görə, o, 250-dən çox müxtəlif avtomobili sınayıb. O, diqqət yetirməyə dəyər üç modeli adlandırıb. Həmçinin, o, çəkindiyiniz avtomobilləri də qeyd edib.
"Honda Civic" - Az yanacaq sərfi və praktikliyi ilə cəlb edir. Üstəlik, modelin əsas versiyası bir çox rəqiblərinə nisbətən daha əlverişlidir. Musson qeyd edib ki, Honda Civic-də nadir hallarda ciddi nasazlıqlar yaranır. Onun sözlərinə görə, bu, etibarlı və iqtisadi avtomobil axtaranlar üçün əla seçimdir.
"Honda Odyssey" - Həmçinin ekspert "Honda Odyssey"yə diqqət yetirməyi məsləhət görüb. O, bunun çox geniş və praktik miniven olduğunu bildirib. "Honda Civic və Odyssey ən etibarlı avtomobillərdir", deyə Musson bildirib.
"Subaru Outback" - Ekspert bildirib ki, "Subaru Outback" əla ölçülü krossoverdir. O, qeyd edib ki, bu modelin tam ötürmə sistemi var və yanacaq sərfi rəqiblərinə nisbətə aşağıdır. "Subaru Outback öz pulunuza görə əla alış-verişdir", deyə Musson vurğulayıb.
Dizel mühərlikli RAM 2500/3500 - Ekspert qeyd edib ki, RAM 2500/3500 pikapları kifayət qədər yaxşı maşınlardır. Lakin o, bu modellərin dizel versiyalarından çəkinməyə çağırıb. "Dizel pikapları üçün ehtiyat hissələri gülünc dərəcədə bahadır. Hər bir mexanik dizel mühərliklər üzərində işləmir, ona görə də təmirlə məşğul olan sənətkarların seçimi məhduddur", deyə Musson izah edib.
"Land Rover Range Rover" - Ekspert etiraf edib ki, "Land Rover Range Rover" adlı yoldan kənar maşın çox şıkdır. Lakin gözəl dizaynın arxasında bir sıra problemlər gizlənir. "Onların başlanğıc qiyməti yüksəkdir, buna görə də etibarlılıq gözləmək olar, amma bu, belə deyil. Onlar ən az etibarlı avtomobillərdən biridir və onların nasazlıqları məyusluq yaradır", deyə ekspert bildirib.
"Ford Focus" - Musson bildirib ki, "Ford Focus" uzun müddət məhdud büdcəli alıcılar arasında məşhur seçim olub. Lakin bu modelin etibarlılıqla bağlı problemləri var. "Ford Focus" almayın. Bu texnoloji cəhətdən təchiz edilmiş bir avtomobildir, ona görə də satın almaq üçün çoxlu pul xərcləməyəcəksiniz. Lakin bu, sadəcə olaraq bir çox əsəbləşdirici problemi olan avtomobil növüdür", deyə ekspert bəyan edib.
Samir