Yanacaq sərfi avtomobil seçimində mühüm meyardır. Çox sürücülər nəqliyyat vasitələrinin qənaətcil olmasını istəyir.
HİT.az xəbər verir ki, "What Car?" jurnalı real şəraitdə ən aşağı yanacaq sərfi olan 10 kompakt krossoveri müəyyən edib. Bunun üçün ekspertlər öz testlərini aparıblar.
1,5 litrlik benzin mühərrikli "Toyota Yaris Cross" kompakt krossoveri öz sinfində ən qənaətcil model olduğunu sübut edib. Bu avtomobil qarışıq dövrdə 100 km-ə 5 litrdən az yanacaq sərf edir.
Ən aşağı yanacaq sərfi olan 10 kompakt krossover:
1. Toyota Yaris Cross 1.5 (benzin versiyası) - 100 km-ə 4,7 litr.
2. Suzuki Ignis K12D 1.2 Dualjet Hybrid - 100 km-ə 4,8 litr.
3. Volkswagen Taigo 1.0 (benzin versiyası) - 100 km-ə 5,6 litr.
4. Suzuki Vitara 1.6 (benzin versiyası) - 100 km-ə 6 litr.
5. Hyundai Kona Hybrid 1.6 GDi - 100 km-ə 6 litr.
6. Peugeot 2008 1.2 Puretech 130 - 100 km-ə 6 litr.
7. Vauxhall/Opel Mokka X 1.6 CDTi 136 - 100 km-ə 6 litr.
8. Seat Arona 1.0 TSI - 100 km-ə 6,1 litr.
9. Volkswagen T-Cross 1.0 TSI - 100 km-ə 6,1 litr.
10. Citroën C3 Aircross 1.2 Puretech 110 - 100 km-ə 6,1 litr.
Samir