Avropanı fəth etməyə hazırlaşan altı Çin avtomobil markası - SİYAHI

AVTO
22:17 / 01.10.2025
39

Ən azı altı böyük Çin avtomobil istehsalçısı yığma zavodlarının tikintisi və ya alınması yolu ilə Avropanı fəth etməyi hədəfləyir. 

HİT.az xəbər verir ki, bu barədə “Avtostat”ın direktoru Sergey Tselikov öz "Telegram" kanalında Fransanın “İnovev” analitik mərkəzinin məlumatlarına istinadən məlumat verib.

"BYD Macarıstanın Seqed şəhərindəki zavodunun tikintisini başa çatdırır və burada ilk modellərin gələn ilin payızında istehsal olunacağı gözlənilir. 2026-2027-ci illərdə bu zavod Avropa bazarı üçün dörd fərqli modeli, o cümlədən "Dolphin Surf" (B seqmenti) yığa bilər. İkinci zavodun Türkiyədə, üçüncü zavodun isə İtaliya üçün nəzərdə tutulduğu bildirilir", deyə ekspert bildirib.

Həmçinin, "Chery" avtomobil markası 2024-cü ilin sonundan etibarən Barselonadakı keçmiş "Nissan" zavodundan istifadə etməyə başlayıb. "Ebro" və "Omoda" modelləri hazırda orada yığılır.

Tselikov qeyd edib ki, "SAIC Group"un bir hissəsi olan MG brendi Avropada aparıcı Çin satıcısıdır. Şirkət fəal şəkildə istehsal sahəsi axtarır.

"Geely" Avropa bazarı üçün "Smart" və "Polestar" modellərini Avropada yığmağı planlaşdırır. "İnovev"in məlumatına görə, seçim Macarıstan, Çexiya və ya Slovakiya arasında olub. Son xəbərlərə görə, görünür, Slovakiya seçilib. Zavodun 2028-ci ildə açılması gözlənilir", deyə ekspert bildirib.

"Dongfeng" və "Xpeng" brendləri də ciddi şəkildə Avropa bazarını hədəfləyir.

Samir

0