Etibarlı və ucuz: Mexaniklər nadir hallarda xarab olan işlənmiş avtomobilləri açıqladı

AVTO
19:15 / 23.10.2025
67

Bütün avtomobillər etibarlı deyil. Lakin, ikinci əl bazarda ciddi nasazlıqlar olmadan uzun illər xidmət edə biləcək yüksək kilometrli modellər tapmaq mümkündür.

HİT.az xəbər verir ki, bu barədə "The Daily Dot" yazır.

Təcrübəli mexaniklər "Eich Brothers Automotive" avtoremont xidmət mərkəzinin "TikTok" səhifəsində ABŞ-da 10,000 dollardan aşağı qiymətə alına biləcək ən yaxşı işlənmiş avtomobilləri adlandırıblar. Onların sözlərinə görə, bunlar çox etibarlı avtomobillərdir.

Mexaniklər qeyd ediblər ki, müasir "Toyota" avtomobilləri bir çox rəqiblərindən ucuz olsa da, kifayət qədər bahadır. Onlar yüz minlərlə kilometr yürüşü olsa belə, hələ də istifadəyə yararlı olan bu Yapon markasının köhnə modellərinə diqqət yetirməyə çağırıblar.

Xüsusilə də, mexaniklər arzanzlı "Scion tC" kupe modelini almağı məsləhət görüblər. Onların sözlərinə görə, bu, çox etibarlı və şık bir avtomobildir.

Mexaniklər həmçinin bəzi "Mazda" modellərini də yüksək qiymətləndiriblər. Xüsusilə, 3.7 litrlik V6 mühərrikli "Mazda CX-9" krossoverinə diqqət yetirməyi məsləhət görüblər. Ekspertlərin digər tövsiyəsi isə 2.3 litrlik mühərrikli "Mazda3" olub.

Mexaniklərin kifayət qədər gözlənilməz tövsiyəsi, 2007-2014-cü illərdə istehsal olunmuş "Dodge Avenger" sedanı olub. Ekspertlər seçimi "MultiAir" sistemi olmayan (mühərrik klapanlarının qaldırılması və qaz paylanması fazalarının dəyişdirilməsi texnologiyası) 2.4 litrlik mühərrikli avtomobildən etməyi məsləhət görüblər.

Mexaniklər bildiriblər ki, "Honda Civic Si", 10,000 dollara qədər qiymətə alına biləcək ən yaxşı arzanzlı kompakt idman avtomobillərindən biridir. Onlar qeyd ediblər ki, bu model təkcə etibarlılıq deyil, həm də çox xoş idarəetmə təklif edir.

Əgər büdcə çox məhduddursa, mexaniklər 1980-ci illərin "Volvo" avtomobillərinə diqqət yetirməyi məsləhət görüblər. Onlar bildiriblər ki, bunlar ciddi problemlər olmadan uzun illər xidmət edə biləcək "kiçik tanklardır".

Samir
 

0