Avtomobil ekspertlərinin fikrincə, 2025-ci ildə alınması üçün ən uğurlu ikinci əl avtomobil modeli "Skoda Enyaq" olub.
HİT.az xəbər verir ki, "What Car?" nəşrinin mütəxəssisləri bu modelin rəqiblərini həm rahatlıq, həm də praktiklik baxımından üstələdiyini bildiriblər.
İkinci əl bazarında saysız-hesabsız model tapmaq mümkün olsa da, ekspertlərin fikrincə, az sayda avtomobil "Skoda Enyaq" qədər balanslı xüsusiyyətlər təklif edir. Onlar qeyd ediblər ki, bu elektrik krossover geniş salonu, ailə üçün uyğun rahat interyeri və uzun məsafə qətetmə qabiliyyəti ilə seçilir.
Mütəxəssislər həmçinin avtomobilin qiymət baxımından da əlçatan olduğunu vurğulayıblar: ikinci əl "Skoda Enyaq" bazarda bir çox rəqiblərinə nisbətən daha münasib qiymətə satılır.
Bununla belə, "What Car?" redaksiyası "Mercedes-Benz E-Class T-Modell" universalını və "Peugeot 5008" krossoverini də yüksək qiymətləndirib, lakin yekun qərara görə bu modellər "Skoda Enyaq"ın səviyyəsinə çata bilməyib.
Samir
 

 
										 
										 
										 
										 
										 
										 
										 
										
