"Focus2Move" portalının məlumatına görə, 2025-ci ilin yanvar–sentyabr dövründə "Toyota RAV4" modelinin satışları 1,5 faiz artıb. Müqayisə üçün deyək ki, "Tesla Model Y" satışları eyni dövrdə 11,2 faiz azalıb.
Hit.az xəbər verir ki, satış azalması "Toyota Corolla" modelində də müşahidə olunur, lakin bu avtomobil hələ də siyahının ikinci pilləsində qərarlaşıb. Ümumilikdə, yapon avtomobil istehsalçısı qlobal bazarda öz mövqeyini inamla qoruyur.
İlin ən çox satılan 10 avtomobili:
1."Toyota RAV4" (+1,5%)
2."Toyota Corolla" (-8,2%)
3."Tesla Model Y" (-11,2%)
4."Ford F-Series" (+12%)
5."Honda CR-V" (+0,5%)
6."Chevrolet Silverado" (+2,8%)
7."Toyota Camry" (+11,9%)
8."Hyundai Tucson" (+3,4%)
9."Toyota Hilux" (+0,8%)
10."Kia Sportage" (+0,8%)
Samir


