Elektromobillərin məşhurlaşmasının artması artıq bir neçə ildir ki, avtomobil bazarının əsas tendensiyası olaraq qalır. İstehsalçılar daha mükəmməl texnologiyalara keçid üçün milyardlarla qoyuluş edərək, hələ də nisbətən gənc olan bu avtomobil növünün "uşuq xəstəliklərini" aradan qaldırırlar.
HİT.az xəbər verir ki, yüksək rəqabət və sürətli tərəqqi o deməkdir ki, bəzi elektromobil modelləri satışdan qaldırılır və onların yerinə başqaları gəlir. Bəzi yeniliklər isə sadəcə gözləntiləri doğrultmur və onlar vaxtından əvvəl unudulmağa göndərilir. Avtomobil portalı BGR cari ilin sonuna qədər satışdan qaldırılacaq və ya artıq qaldırılmış 5 maraqlı elektromobildən ibarət siyahı tərtib edib:
1. "Acura ZDX" - 2024-cü ildə təqdim edilən "Acura"nın ilk elektrikli sedanı haqqında artıq 2025-ci ilin sentyabrında istehsalının dayandırılacağı elan edilib. Tələbat buraxılışın davam etdirilməsini əsaslandırmaq üçün kifayət qədər deyildi.
2. "Dodge Ram 1500 REV" - Elektrikli pikap kütləvi istehsala girmədi: gecikmələr və aşağı tələbat səbəbindən şirkət 2025-ci ilin sentyabrında layihədən imtina edib.
3. "Dodge Charger Daytona R/T EV" - Bu elektrikli "masl-kar" "Charger Daytona" model sırasının bir hissəsi idi, ancaq satışların bir ilindən sonra "Dodge R/T" variantını satışdan qaldırmaq qərarına gəlib. Model 496 a.g.-ə, tam ötürməyə və etibarlı məsəfəyə malik idi, ancaq kommersiya cəhətdən uğurlu olmayıb.
4. "Nissan Ariya" - Kompakt SUV "Ariya" 2023-cü ildə təqdim edildi, lakin "Nissan" ABŞ bazarı üçün istehsalı dayandırıb. Şirkət qaynaqlarını "Leaf" modelinə yönləndirdiyini bildirir - bu, "Ariya"nın həmişəlik yox ola biləcəyinə işarədir.
5. "Genesis Electrified G80" - Lüks EV sedanı üslubca benzinli G80-i təqlid edirdi, ancaq təxminən 77-82 min dollar olan başlanğıc qiyməti həddən artıq yüksək idi. Tələbat xərcləri əsaslandırmadı və istehsalçı 2026-cı ildə modelin buraxılışını davam etdirməmək qərarına gəlib.
Samir


