"Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standartların tətbiq olunacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib.
Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq OLUNACAQ?
O bildirib ki, hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur:
"Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq".
Qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq olunacağı deyilir. Bununla bağlı AZS 599:2025 dövlət standartı qəbul olunduğu deyilir.
Yeni standarta əsasən, nəqliyyat vasitələrinin region kodu həm iki, həm də üçrəqəmli olacaq. Bununla əlaqədar olaraq yeni veriləcək bir sıra nömrələrdə altı rəqəm olacaq:
- İlk 3 rəqəm - region kodu,
- Ardınca gələn 2 hərf - nəqliyyat vasitəsinin seriyası,
- Son 3 rəqəm isə - nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.


