Oktyabr ayında "Tesla"nın Avropa İttifaqında satışları 48% azalıb ki, bu da bütün avtomobil istehsalçıları arasında ən pis göstəricidir.
HİT.az xəbər verir ki, bu məlumatlar Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) hesabatında yer alıb.
Oktyabr ayında "Tesla" Aİ-də yalnız 5647 elektrik avtomobili satıb və İlon Maskın şirkətinin bazar payı 1,3%-dən 0,6%-ə düşüb. Ən yüksək həddə, 2024-cü ilin sentyabrında bu rəqəm 3,9% olub.
Bu arada, bütün Aİ avtomobil bazarı ardıcıl dördüncü aydır ki, böyüməyə davam edir. Oktyabr ayında regionda satışlar illik müqayisədə 5,8% artaraq 916.600 avtomobilə çatıb. Oktyabr ayında Aİ-də yalnız elektrik avtomobillərinin satışları illik müqayisədə 38,6% artıb.
"Volkswagen Group" bu ilin ilk on ayında istehsalçılar arasında Aİ bazarının lideri olaraq qalır, satışları ilin əvvəlindən bəri 5,1% artaraq (2,47 milyon avtomobilə çatıb) və bazar payı 27,6% təşkil edib. "Stellantis" satışları 6% azalaraq (1,41 milyon avtomobilə çatıb) və Aİ bazar payı 17%-dən 15,8%-ə düşsə də, ikinci yerdə qalır. "Renault Group" ilk üçlüyü 1 milyon avtomobil sataraq tamamlayır ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7% artım deməkdir. Fransız şirkətinin bazar payı 10,8%-dən 11,3%-ə yüksəlib.
Samir


