Avropada ən populyar yeni avtomobil seçildi

AVTO
21:18 / 01.12.2025
36

"Dacia Sandero" modelin satışlarının ötən ilin oktyabr ayı ilə müqayisədə 7,6% azalaraq 20.480 ədədə düşməsinə baxmayaraq, Avropada yeni minik avtomobilləri bazarında oktyabr ayının ən çox satılan avtomobili olub. 

HİT.az xəbər verir ki, bu barədə "Automotive News" məlumat yayıb.

"Dacia Sandero" öz kateqoriyasındakı ən geniş interyerlərdən biri, eləcə də tutumlu baqaj və saxlama bölmələri ilə seçilən kompakt hetçbekdir. Avtomobilin ən böyük üstünlüklərindən biri onun büdcə qiymətidir. Avropada yeni "Dacia Sandero" 13.890 avroya əldə edilə bilər.

Sandero ilə yanaşı, ilk üçlüyə "Volkswagen T-Roc" krossoveri və əlverişli "Renault Clio" daxil olub.

Avropada TOP-10 ən populyar avtomobil:

1. Dacia Sandero – 20.480 ədəd.
2. Volkswagen T-Roc – 18.241.
3. Renault Clio – 16.896.
4. Volkswagen Golf – 16.261.
5. Toyota Yaris Cross – 16.181.
6. Volkswagen Tiguan – 15.632.
7. Peugeot 208 – 15.256.
8. Peugeot 2008 – 15.012.
9. Skoda Octavia – 14.697.
10. Toyota Yaris – 14.360.

Samir
 

0