Yolsuzluq avtomobilləri çox vaxt istənilən şəraitdə rahat idarəetmə imkanı səbəbindən seçilir. Bəzən avtomobil alışı zamanı daha çox vəsait xərcləmək, sonradan bahalı təmirə pul sərf etməkdən daha məqsədəuyğundur.
Hit.az xəbər verir ki, adətən lüks krossoverlər yüksək təmir və xidmət xərcləri ilə assosiasiya olunur. Lakin getdikcə daha çox premium model yüksək komfortu etibarlılıqla birləşdirir və buna görə də onların saxlanılması bahalı deyil.
Sürücülər çox zaman hansı büdcəli krossoveri almağın daha yaxşı olduğunu düşünür, lakin bu həmişə optimal seçim olmur. Nəticədə təmir xərcləri daha bahalı və etibarlı avtomobil alınsaydı, xərclənəcək məbləği aşa bilər.
Top 10 ən yaxşı yolsuzluq avtomobili:
"Howtogeek" nəşri xidmət xərclərinə əsaslanaraq on elektrik yolsuzluq avtomobilinin siyahısını tərtib edib. Mütəxəssislər hər model üçün 10 il ərzində texniki xidmət xərclərini hesablayıb.
"Cadillac Lyriq" – 7 283 dollar
Orta ölçülü elektrik yolsuzluq avtomobili olan Lyriq lüks salonu və rahat sürüşü ilə seçilir. Başlanğıc qiyməti rəqiblərindən aşağıdır. Onun xidmət xərcləri orta premium sinfinə nisbətən 5169 dollar azdır.
"Audi Q6 e-tron" – 7 244 dollar
Kompakt yolsuzluq avtomobili təsirli sürətlənmə və "Audi"dən gözlənilən texnoloji funksiyalarla təchiz olunub.
"Volvo EX40" – 7 283 dollar
"Volvo" təhlükəsizliyə və keyfiyyətə xüsusi diqqəti ilə tanınır. EX40 da bu yanaşmanın nümunəsidir. İlk 10 ildə əsaslı təmir ehtimalı çox aşağıdır.
"Cadillac Optiq" – 7 088 dollar
Rəqabətin yüksək olduğu seqmentdə Optiq yüksək səviyyəli sürüş təcrübəsi, yaxşı elektrik yürüş məsafəsi və geniş salon təklif edir.
"Volvo EX30" – 6 863 dollar
Sübkompakt ölçülərdə olsa da, çoxlu lüks funksiyaya malikdir və ən əlçatan yeni elektrik avtomobillərindən biridir.
"Acura ZDX" – 5 979 dollar
Bu model "Cadillac Lyriq" ilə bir çox detalı paylaşır, lakin xidmət xərcləri daha aşağıdır. Əsaslı təmir ehtimalı orta göstəricidən aşağıdır.
"Genesis GV60" – 5 475 dollar
"Genesis" rəqiblərindən ucuz qiymətə lüks təklif etməsi ilə məşhurdur. GV60 yüksək keyfiyyət və etibarlılığa malikdir. Açıq çağırışların çox olmasına baxmayaraq, bahalı təmir ehtimalı cəmi 26%-dir.
"Audi Q4 e-tron" – 5 318 dollar
Kompakt elektrik yolsuzluq avtomobilidir. Sürüşü yumşaq, oturacaqları komfortlu, sürücüyə yardım sistemləri isə standartdır. Xidmət xərcləri premium seqment üçün çox aşağıdır.
"Tesla Model X" – 4 885 dollar
"Tesla" avtomobilləri bazara çıxandan bəri böyük səs salıb. Model X isə brendin daha lüks modelidir və “sokol qanadı” qapıları ilə seçilir.
"Lexus RZ" – 4 566 dollar
"Lexus" etibarlılığı və aşağı xidmət xərcləri ilə tanınır. Elektrik RZ funksionallığına baxmayaraq seqmentin ən əlçatan modellərindən biridir.
Samir


