Əksər sürücülər istəyir ki, onların avtomobili mümkün qədər uzun müddət işləsin. Avtomobilin ömrünü proqnozlaşdırarkən, onun markası həqiqətən də önəmli olur.
Hit.az xəbər verir ki, "GOBankingRates" saytında 4 marka təqdim edib. Bu avtomobillər rahatlıqla 400 000 km-dən çox məsafə qət edə bilər.
Həmçinin 4 ən etibarsız avtomobil istehsalçısı da müəyyən edilib. Bu reytinq iSeeCars.com araşdırmasına əsaslanır.
4 ən etibarlı avtomobil istehsalçısı
"Toyota" markası ən etibarlı avtomobillərin siyahısında birinci olub. Ekspertlər bildiriblər ki, bu Yapon markasının avtomobilləri 17,8% ehtimalla 400 000 km-dən çox məsafəni ciddi nasazlıqlar olmadan gedə bilər.
İkinci yer "Lexus" markasına aid olub. Araşdırma nəticələrinə görə, bu avtomobillər 12,8% ehtimalla 400 000 km-dən çox məsafəni problemsiz qət edə bilər.
Həmçinin reytinqə "Honda" və "Acura" markaları da daxil edilib. Ekspertlər bu avtomobillərin 400 000 km-dən çox məsafəni ciddi nasazlıqlar olmadan qət etmə ehtimalını müvafiq olaraq 10,8% və 7,2% kimi qiymətləndiriblər.
4 ən etibarsız avtomobil istehsalçısı
Ekspertlər həmçinin ən etibarsız avtomobillər istehsal edən 4 markanı müəyyən ediblər. Bu siyahıya üç Britaniya istehsalçısı daxil olub.
Antireytinqin başında "Maserati", MINI və "Jaguar" markaları qərarlaşıb. Ekspertlərin sözlərinə görə, bu avtomobillərin 400 000 km-dən çox məsafəni ciddi nasazlıqlar olmadan qət etmə ehtimalı 0%-dir.
Bundan əlavə, ən etibarsız istehsalçılar siyahısına "Land Rover" markası da daxil edilib. Araşdırmada qeyd olunur ki, bu avtomobillərin yalnız 0,1% ehtimalla 400 000 km-dən çox məsafəni problemsiz qət edə biləcəyi bildirilib.
Samir


