Son illər yeni avtomobillərin qiymətləri nəzərəçarpacaq dərəcədə artıb. Buna baxmayaraq, satışda kifayət qədər əlçatan modellər tapmaq mümkündür.
Hit.az xəbər veir ki, "GoBankingRates" resursu mütəxəssislərin tövsiyə etdiyi altı əlverişli və keyfiyyətli krossoveri açıqlayıb. Ekspertin sözlərinə görə, bu modellər bir çox rəqiblərini üstələyir.
6 əlverişli krossover
"Toyota RAV4"
Nəşrdə qeyd olunub ki, "Toyota RAV4" bazarın ən balanslaşdırılmış krossoverlərindən biri olaraq qalır. O, yüksək praktikliyə və əla etibarlılığa malikdir.
Təcrübəli mexanik və "German Car Depot"un qurucusu Alan Qelfand jurnalistlərə bildirib ki, "Toyota RAV4" çox uzunömürlü avtomobildir. Onun sözlərinə görə, bu model vaxtında və keyfiyyətli texniki xidmətdən keçdiyi halda, 15 il və daha artıq müddətdə ciddi nasazlıqlar olmadan xidmət göstərə bilər.
"Honda CR-V"
Qelfand sürücülərə "Honda CR-V" modelinə də diqqət yetirməyi tövsiyə edib. O, bu krossoveri dəbli dizaynına və təkrar satış zamanı dəyərini yaxşı qorumasına görə yüksək qiymətləndirib.
Bundan əlavə, mexanik bildirib ki, "Honda CR-V" aşağı yanacaq sərfiyyatı təmin edən və kifayət qədər etibarlı olan qabaqcıl hibrid qurğuya malikdir.
"Mazda CX-5"
Qelfand "Mazda"nın keyfiyyəti əlçatan qiymətlərlə təqdim etməsini yüksək dəyərləndirib. O, "Mazda CX-5" modelini brendin ən uğurlu müasir avtomobillərindən biri adlandırıb.
Mexanikin sözlərinə görə, "Mazda CX-5" cəlbedici dizayna və praktiki interyerə sahibdir, həmçinin aşağı xidmət xərcləri ilə seçilir.
"Hyundai Tucson"
Mekanik qeyd edib ki, "Tucson" əlverişli qiymətə yüksək səviyyəli funksiyalar təklif edir və yapon analoqları ilə layiqli rəqabət aparır.
"Tucson" balans nəzərə alınaraq hazırlanmış krossoverdir. O, komfortu, aşağı yanacaq sərfiyyatını və sadə texniki xidməti özündə birləşdirir", deyə ekspert bildirib.
"Subaru Forester"
Nəşrdə vurğulanıb ki, "Forester" hər cür hava şəraiti üçün ən yaxşı krossoverlərdən biridir. Model tam ötürücülük sisteminə malikdir və yüngül off-road şəraitində yaxşı performans göstərir.
Qelfand bildirib ki, "Forester" tez-tez yol kənarına çıxan sürücülər üçün ideal seçimdir. O, modelin rahatlığını və aşağı yanacaq sərfiyyatını da yüksək qiymətləndirib.
"Kia Sportage"
Nəşr bildirib ki, "Kia Sportage" krossover alıcıları üçün ən ağıllı seçimlərdən biridir. Qelfand əlavə edib ki, bu model dizayn, texnologiya və aşağı xidmət xərcləri baxımından balanslıdır.
Mexanikin fikrincə, "Kia Sportage" gündəlik istifadədə rahatlıq axtaran şəhər sürücülərini cəlb edə bilər.
Samir


