Çinli avtomobil istehsalçısı BYD “YangWang U8” modelinin dayanıqlılığını nümayiş etdirmək üçün olduqca qeyri-adi bir sınaq həyata keçirib.
HİT.az xəbər verir ki, şirkət tonlarla ağırlığı olan nəhəng bir palma ağacını U8-in üzərinə buraxaraq avtomobilin xarici zərbələrə qarşı möhkəmliyini göstərib.
Hainan bölgəsində keçirilən və film səhnəsini xatırladan bu sınaqda, çoxmərtəbəli bina hündürlüyündə olan kral palmiyesi birbaşa U8L modelinin tavanına endirilib. Üstəlik, “BYD” komandası dayanıqlığı təsdiqləmək üçün həmin sınağı üç fərqli məsafədən təkrarlayıb.
U8, plug-in hibrid sistemi ilə seçilir və bəzi versiyalarında CLTC standartına görə 1.000 km-ə qədər məsafə qət edə bilir. Avtomobil e⁴ platforması və DiSus-P ağıllı hidravlik gövdə idarəetmə sistemi kimi inkişaf etmiş texnologiyalara sahibdir.
Sınaqlar zamanı mühəndislər təxminən 2 ton çəkisi olan ağacı dik vəziyyətə gətirərək ardıcıl üç dəfə avtomobilin tavanına buraxıblar. Hər sınaqda məsafə artırılıb və zərbə gücü yüksəldilib. “YangWang”ın açıqlamasına görə, maksimum təsir enerjisi 50,4 kilocoul olub. Bu, 40 mərtəbəli binanın damından düşən kondisioner blokunun yaratdığı gücə bərabərdir.
“YangWang U8”in bəzi versiyaları off-road şəraitində üstünlük verən “tank dönüşü”, təkər partlaması zamanı stabilizasiya və fövqəladə hallarda suyun üstündə qalma kimi funksiyalarla təchiz edilib. U8 Premium Edition yeni nəsil üst seqment arazi avtomobilləri arasında fərqlənməyi hədəfləyir.
Güclü zərbələrə baxmayaraq, avtomobilin salonunda heç bir ziyan qeydə alınmayıb. Bu isə U8-in yüksək xarici təzyiqlərə davam gətirdiyini və sərnişinləri ciddi təhlükələrdən qoruya bildiyini göstərir.
BYD daha əvvəlki açıqlamalarında "U8 Premium Edition" modelinin daşqın və ya su keçidi kimi ekstremal hallarda 30 dəqiqə ərzində suyun üzərində qala bildiyini qeyd etmişdi. Avtomobil 6 kW gücə malik VTL (avtomobildən qurğuya enerji ötürülməsi) funksiyası ilə yüksək güc tələb edən avadanlıqları 25 saata qədər işlədə bilir.
Modeldə həmçinin 38 yüksək həssaslıqlı komponent, 508 TOPS hesablama gücünə malik “NVIDIA ADRIVE Orin” prosessoru və Blade Battery + Cell-to-Chassis (CTC) təhlükəsizlik yönümlü texnologiyaları mövcuddur.
* Sınaq: U8L, aparatdan 300 sm uzaqlaşdırıldı və təxminən 36,3 kJ enerji ilə ağac avtomobilin üzərinə düşdü.
* Sınaq: Avtomobil bu dəfə 400 sm məsafəyə çəkildi və zərbə enerjisi 44,7 kJ-a yüksəldi.
* Sınaq: Ən ağır mərhələdə U8L, 500 sm məsafədə yerləşdirildi və maksimum mərkəzdənqaçma qüvvəsi ilə yenidən nəhəng palmanın altında qaldı.
Samir


