İlin əvvəlindən oktyabr ayına qədər olan dövrdə qlobal avtomobil bazarının lideri satışları 3,4% artan "Toyota Group" olub.
HİT.az xəbər verir ki, bu məlumatlar "Focus2Move" tərəfindən təqdim olunub.
İkinci yerdə, gözlənilən şəkildə, payı 9,7% olan Almaniya avtomobil nəhəngi "Volkswagen Group" qərarlaşıb. Onun göstəriciləri demək olar ki, dəyişməyib (+0,3%). Üçüncü yeri "Hyundai-Kia" (+2,3%) tutur.
İlk onluqda ən böyük artımı Çinin "Geely Group"u göstərib və satışları 31,2% artıb. Artım əsasən Asiyada satışlar hesabına təmin edilib ki, bu da 46% artıb.
Dünyanın ən məşhur avtomobil istehsalçıları:
1. Toyota Group (+3.4%).
2. Volkswagen Group (+0.3%).
3. Hyundai-Kia (+2.3%).
4. Stellantis (+0.3%).
5. Renault Nissan Alliance (-2.7%).
6. General Motors (+3.2%).
7. Ford Group (+3%).
8. Geely Group (+31.2%).
9. Honda Motor (-4.7%).
10. BYD (+1.4%).
Samir


