Çində yerli müəssisələrdə istehsal olunan ən yüksək keyfiyyətli avtomobillərin adı açıqlanıb.
Hit.az xəbər verir ki, yeni reytinq "China Automotive Quality Net" tərəfindən tərtib edilib.
Beləliklə, birinci yeri istehsalı "SAIC-Volkswagen" birgə müəssisəsində həyata keçirilən "Audi Q6" tutur. Onun haqqında o qədər az mənfi rəy var idi ki, o, yalnız 140 "cərimə" xalı alıb.
"Honda-Dongfeng" birgə müəssisəsi tərəfindən istehsal olunan "Honda UR-V" və XR-V müvafiq olaraq 142 və 143 xal toplayaraq ikinci və üçüncü yerlərdədir. Dördüncü yeri "FAW-Volkswagen" birgə müəssisəsi tərəfindən istehsal olunan 145 "cərimə" xalı ilə "Audi Q2L" krossoveri tutur. Beşinci yeri "Honda-GAC"dan "Honda Avancier" krossoveri tutur. Avtomobil 146 cərimə xalı alıb.
Samir


