Ən güclü 10 ucuz avtomobil açıqlandı - SİYAHI

AVTO
22:36 / 19.12.2025
45

2005-ci il "Dodge Neon SRT4" ən ucuz güclü işlənmiş avtomobillər siyahısına başçılıq edir.

HİT.az xəbər verir ki, bu barədə avtomobil satış məlumatlarını təhlil edən mütəxəssisləri "HotCars" məlumat verib.

"Dodge Neon SRT4"ün kapotunun altında 230 at gücünə malik 2,4 litrlik turbomühərrik var. İkinci yeri 2010-cu il "Chevrolet Cobalt SS Turbo" tutub. Bu avtomobil 260 at gücünə malik 2,0 litrlik mühərriklə təchiz olunub.

Üçüncü yeri 2006-cı il "Pontiac GTO" tutub. Bu avtomobil 400 at gücünə malik 6,0 litrlik mühərriklə təchiz olunub.

Növbəti yerlərdə 2013-cü il "Ford Mustang GT", 2006-cı il "Subaru WRX STi2", 2017-ci il "Ford Focus RS", 2011-ci il "Dodge Challenger SRT8", 2014-cü il "Dodge Charger SRT8", 2009-cu il "Chevrolet Corvette" və 2013-cü il "Chevrolet Camaro" 2SS gəlir.

Samir
 

0