Bəzi istehsalçılar avtomobillərinin etibarlılığı ilə tanınır. Liderlər arasında modelləri ən az nasazlıqla üzləşən brend adı uğrunda ciddi rəqabət gedir.
Hit.az xəbər verir ki, “SlashGear” nəşri “Consumer Reports” araşdırmasına əsaslanaraq 2025-ci ildə dünyada ən etibarlı avtomobilləri istehsal edən şirkətin adını açıqlayıb. Bu il lider mövqedə “Subaru” markası yer almayıb.
Qeyd olunur ki, 2025-ci ildə “Subaru” illik etibarlılıq hesabatında ikinci yerə geriləyib. Hazırda avtomobillərinin etibarlılığına görə lider istehsalçı “Toyota” hesab olunur.
Nəşrin məlumatına görə, “Toyota Camry” modeli 2025-ci ildə xeyli dərəcədə daha etibarlı olub. Bu model araşdırmada ən etibarlı ikinci sedan seçilib və yalnız “Toyota Crown” modelinə uduzub.
Bundan əlavə, ekspertlər 2025-ci ildə “Toyota Tundra” pikapının da etibarlılığının nəzərəçarpacaq dərəcədə artdığını müəyyən ediblər. Bildirilir ki, bu avtomobil çox nadir hallarda nasazlıq verir.
Samir


