Çin avtomobillərdə gizli qapı dəstəklərini qadağan etmək qərarına gəlib. Bu, belə dəstəkli avtomobillərin qapılarının qəza zamanı açıla bilməməsi ilə bağlıdır.
HİT.az bu barədə carscoops.com saytına istinadən xəbər verir.
"2027-ci ildən etibarən Çin müasir avtomobillərdə getdikcə daha çox yayılan şık elektrikli geri çəkilə bilən qapı dəstəklərini qadağan edəcək", deyə portal bildirir.
Qeyd olunur ki, yeni qaydalara əsasən, bütün avtomobillərdə mexaniki açılma funksiyalarına malik həm daxili, həm də xarici qapı dəstəklərinin olması tələb olunacaq ki, bu da nəqliyyat vasitəsinə ciddi ziyan dəydikdə və ya hər hansı bir səbəbdən elektrik kəsildikdə belə qapıların açılmasına imkan verəcək.
"Tesla Model S" və "BYD Seal"da istifadə edilənlərə bənzər elektrikli geri çəkilə bilən qapı dəstəkləri müasir Çin elektrik avtomobillərinin fərqli dizayn xüsusiyyətinə çevrilib.
Samir


