Qərbdə ən yaxşı yeni elektromobil müəyyən edildi - TOP-10

AVTO
17:44 / 07.01.2026
127

Bu gün avtomobil istehsalçılarının əksəriyyəti öz elektrik avtomobillərini təklif edir. Bu qədər böyük seçim şəraitində potensial alıcı üçün hansı modelin alınmağa dəyər olduğunu müəyyənləşdirmək çətin ola bilər. Xoşbəxtlikdən, uzun illərdir yeni avtomobillərin qiymətləndirilməsi ilə məşğul olan ixtisaslaşmış nəşrlər mövcuddur. 

Hit.az xəbər verir ki, 2026-cı il üçün ən yaxşı elektromobillərin yeni reytinqini məşhur Britaniya nəşri “Autocar” təqdim edib.

Mütəxəssislərin fikrincə, “Skoda Elroq” hazırda satın alına bilən ən yaxşı elektromobildir.

“Az sayda elektromobil, xüsusən də kompakt SUV-lər arasında olanlar Elroq-un universallıq, praktik istifadə və qiymət-keyfiyyət nisbəti ilə rəqabət apara bilər”, deyə nəşrdə qeyd olunur.

Ekspertlər əlavə edirlər ki, “Skoda Elroq” bu üstünlükləri yürüş məsafəsi və komfortdan güzəştə getmədən təqdim edir. Modelin ən böyük üstünlüklərindən biri kimi geniş interyeri göstərilir.

Hər bir avtomobil kimi, "Elroq"un da çatışmazlıqları var. Mütəxəssislərin fikrincə, onu idarəetmə baxımından çox həyəcanverici adlandırmaq olmaz. Bundan əlavə, şəhərdənkənar səfərlər üçün ən ideal seçim deyil (axı bu, tam hüquqlu yolsuzluq avtomobili yox, krossoverdir).

Avtomobilin baza versiyalarının Avropada qiyməti təxminən 35 000–38 000 avro təşkil edir. Daha inkişaf etmiş komplektasiyaların qiyməti isə 41 000 avronu keçə bilər.

Nəşrin ekspertləri eyni zamanda digər uğurlu elektromobil modellərini də sadalayıblar. Onların arasında daha inkişaf etmiş və xeyli bahalı variantlar da var.

2026-cı ilin ən yaxşı 10 elektromobili:

1.“Skoda Elroq”
2.“Kia EV3”
3.“Hyundai Ioniq 5 N”
4.“Cupra Born”
5.“Renault 5”
6.“Volkswagen ID.7”
7.“Porsche Taycan”
8.“Rolls-Royce Spectre”
9.“Tesla Model 3”
10.“BMW i7”

Samir
 

0