“Krossoverlərə olan böyük tələbat bir çox yeni elektrik avtomobillərinin SUV tipli olmasına səbəb olub. Bu avtomobillər həm böyük, həm də adətən baha olur. Son dövrlərdə vəziyyət kiçik modellərin, məsələn “Renault 5” və “Hyundai Inster”in xeyrinə dəyişib və kompakt avtomobillərin renessansına yol açıb.
HİT.az xəbər verir ki, “Autocar” mütəxəssisləri potensial alıcılara kömək etmək üçün 2026-cı ilin ən yaxşı kompakt elektrik avtomobillərinin siyahısını hazırlayıb.
Ekspertlər siyahının birinci yerinə yeni “Renault 5” modelini qoyublar. Avtomobil retro üslubu, heyrətamiz dinamikası və premium interyeri ilə diqqət çəkir.
“Üslub, qiymət, hərəkət dinamikası və istifadəsi asan texnologiyaların birləşməsi ‘beşinci model’i öz sinfində şübhəsiz lider edir”, deyə “Autocar” qeyd edir.
Qeyd edək ki, “Renault” şirkəti “Renault 5 E-Tech”i 2024-cü ildən istehsal edir. Avtomobilin karoseriyası markanın əvvəlki modellərindən, xüsusilə 1972-ci il karoseriyasından ilham alıb və bu səbəbdən avtomobil həmin il modelinin adını daşıyır. Avropada “Renault 5 E-Tech” təxminən 24 min avrodan başlayır.
Diqqət yetirilməli digər modellər arasında “Mini Cooper E” və “MG 4 EV” var. Mütəxəssislər “Mini Cooper E”i idarəetmədə heyrətamiz, “MG 4 EV”i isə qiymət və keyfiyyət baxımından cəlbedici hesab edirlər.
2026-cı ilin ən yaxşı kompakt elektrik avtomobillərinin TOP-10 siyahısı:
1. Renault 5
2. Mini Cooper E
3. MG 4 EV
4. Citroën ë-C3
5. Cupra Born
6. Ford Puma Gen-E
7. Hyundai Inster
8. Volkswagen ID 3
9. BYD Dolphin Surf
10. Dacia Spring
Samir


