Krossoverlər bir çox ölkədə ən populyar yüngül avtomobil növlərindən biridir. Lakin hələ də kompakt şəhər avtomobillərinə tələb mövcuddur.
Hit.az xəbər verir ki, "WhatCar?" jurnalı işlənmiş 10 ən yaxşı şəhər avtomobilini seçib. Ekspertlərə görə, bu modellər rəqiblərindən üstünlüyə malikdir.
İşlənmiş ən yaxşı şəhər avtomobillərinin TOP-10 siyahısı:
1.Skoda Citigo
2.Hyundai i10
3.Volkswagen Up
4.Seat Mii
5.Kia Picanto
6.Suzuki Celerio
7.Ford Ka+
8.Toyota Aygo
9.Fiat 500
10.Peugeot 108
Ekspertlər "Skoda Citigo"ni işlənmiş ən yaxşı şəhər avtomobili seçiblər. Bu model "Volkswagen Up" və "Seat Mii" ilə eyni platformanı paylaşır.
"Mənim üçün "Citigo"da çox cəlbedici bir şey var. Məhdud sərhədlər daxilində şəhər avtomobilindən gözlənilən hər şeyi edir və bunu xarakterlə edir. Və indi onu bu qədər ucuz ala bilmək onu mənim gözümdə daha da cazibədar edir", "WhatCar?" jurnalının işlənmiş avtomobillər üzrə redaktoru Mark Pirson yazıb.
"WhatCar?" jurnalına görə, "Skoda Citigo"nun əsas üstünlükləri rahat idarə olunması və yüksək sürüş yumşaqlığıdır. Üstəlik, bu model "Volkswagen Up"dan daha ucuzdur.
Samir


