Elektrikli avtomobil dünyasında performans və effektivlik ön planda olsa da, digər tərəfdə gözlənilməz xərclər də mövcuddur. Son vaxtlar bir çox Tesla istifadəçisi, bir neçə ay əvvəl aldıqları avtomobillərin təkərlərini dəyişdirməli olduqlarını görüb böyük təəccüb yaşayıb. Xüsusilə "Tesla" tərəfindən təsdiqlənmiş, xüsusi istehsal olunmuş təkərlərin belə vəd edilən ömrün çox altında qalması, internet forumlarında və istifadəçi qruplarında əsas müzakirə mövzusuna çevrilib.
HİT.az xəbər verir ki, bu problemin ən uç nümunəsi isə "Tesla"nın nəhəng pickup modeli "Cybertruck"dan gəlib. Təxminən 3 ton ağırlığı ilə yollardakı ən ağır avtomobillərdən biri olan bu vasitə, üzərinə quraşdırılmış xüsusi "Pirelli" və ya "Goodyear" təkərlərini demək olar ki, “yeyir”. "Cybertruck Owners Club" üzvlərindən biri, hələ üç aylıq olan avtomobilinin 10 min kilometr belə getmədən təkər dəyişdirməyə ehtiyac duyduğunu paylaşıb.
Lakin bu problem yalnız nəhəng pikaplarla məhdudlaşmır. "Model 3" və "Model Y" sahibləri də oxşar problemlərlə üzləşir. Normal şəraitdə 70-80 min kilometr getməsi gözlənilən təkərlərin, təxminən 15 min kilometrdə diş dərinliyini əhəmiyyətli dərəcədə itirdiyi müşahidə olunur. İstifadəçilər, təkər zəmanətlərinin bu erkən aşınmaları əhatə etmədiyini gördükdə vəziyyəti daha yaxşı anlayırlar.
Bəs, "Tesla" təkərləri niyə adi avtomobillərə nisbətən daha sürətlə köhnəlir? Mütəxəssislər və təcrübəli istifadəçilər üç əsas səbəbi göstərirlər:
Ağırlıq faktoru: Elektrikli avtomobillər nəhəng batareyaları səbəbindən daxili yanmalı rəqiblərindən xeyli ağırdır. Standart sedan təxminən 1.500 kiloqram çəkidə olsa da, "Model S" 2.200 kiloqramdan artıqdır. Bu əlavə yük, təkərlərin hər fırlanışda yola daha çox təzyiq göstərməsi deməkdir.
Ani tork və sürətlənmə: Tesla-ların imza xüsusiyyəti olan “ani sürətlənmə” əslində təkərlərin ən böyük düşmənidir. Sürət pedalına toxunulduğu anda təkərlərə ötürülən böyük güc, təkər səthində mikro səviyyədə qopmalara səbəb olur. İstifadəçilərin sözlərinə görə, “işıqlarda fırlanmaq” əyləncəli olsa da, təkər ömrünü sürətlə azaldır.
Gejenerativ əyləc sistemi: Enerjinin geri bərpasını təmin edən bu sistem, yavaşladıqda motoru əyləc kimi istifadə edir. Lakin bu proses zamanı yaranan sürtünmə və yükün böyük hissəsi ön təkərlərə düşür. Bu da düzənsiz aşınma nümunəsinə gətirib çıxarır.
"Tesla"nızın təkərlərini hər altı ayda bir dəyişmək istəmirsinizsə, sürüş vərdişlərinizdə bəzi kiçik dəyişikliklər etməlisiniz. Bir neçə tövsiyə:
Sürüş rejimini dəyişdirin: Avtomobili "Chill Mode" (Sakit Rejim) üzərində istifadə etmək, təkərlərə düşən torku yumşaldaraq aşınmanı yavaşladır. Sərt kalkışlardan qaçmaq ən təsirli üsullardan biridir.
Hava təzyiqi və rotasiya: Tesla-ların çəkisi səbəbindən təkər təzyiqinin tövsiyə olunan səviyyədə (adətən 50 PSI) saxlanması kritik əhəmiyyət daşıyır. Aşağı təzyiq sürtünməni artıraraq aşınmanı sürətləndirir. Bundan əlavə, ön və arxa təkərlərin yerini müntəzəm dəyişmək (rotasiya) aşınmanın bütün təkərlərə bərabər yayılmasını təmin edir.
Sakit sürüş: Dayanıb-tur trafik olan marşrutlar əvəzinə daha axıcı yolları seçmək və ani əyləc manevrlərindən qaçmaq, təkərlərin diş ömrünü əhəmiyyətli dərəcədə uzadır.
Samir


