Avtomobil elanı saytlarının birinə diqqətçəkən elan yerləşdirilib.
Hit.az xəbər verir ki, “VAZ 2106” markalı avtomobil satışa çıxarılıb.
Onun qiyməti isə xeyli təəccübə səbəb olub. Belə ki, sözügedən “06”nın satış qiymətinin 89 min 777 manat olduğu yazılıb. 1983-cü il istehsalı olan avtomobilin 1,3 litr mühərrik həcminə və 69 at gücünə sahib olduğu qeyd olunub. Mexaniki sürətlər qutusuna sahib maşının yürüşü sadəcə 2200 kilometrdir. Yürüş məsafəsinin az olması və ideal səviyyədə saxlanılması səbəbindən belə fantastik qiymətə satışa çıxarıldığı güman edilir.
Aslan


