Azərbaycanda daha bir avtomobil elanı diqqət çəkib.
Hit.az xəbər verir ki, budəfəki elandakı maşın da olduqca bahalıdır.
Belə ki, “Mercedes G63 AMG” markalı avtomobil 790 min 500 manata satışa çıxarılıb. Sözügedən maşının mühərrik həcmi 4 .0 litr, istehsal olunduğu il isə 2023-cü ildir. 800 at gücünə malik modelin yürüş məsafəsi isə 0 kilometrdir. Brabus mühərriklə təchiz olunan “Mercedes” 360 dərəcə kamera və 3-zona iqlim nəzarəti kimi üstünlüklərə də sahibdir.
Aslan


